SİYASƏT


Moldovanın telekanalında Şuşa haqqında geniş reportaj yayımlanıb

Moldovanın nüfuzlu “Jurnal TV” kanalında Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsindən, o cümlədən Şuşa şəhərindən bəhs olunan reportaj yayımlanıb.AZƏRTAC xəbər verir ki, telekanalın jurnalisti Kelin Jukovskinin ezam olunduğu Qarabağdan hazırladığı reportajda Azərbaycanın 30 il əvvəl itirilmiş ərazilər üzərində nəzarəti bərpa etdikdən sonra apardığı yenidənqurma işləri haqqında geniş məlumat verilir.