CƏMİYYƏT


Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.Sonra Quba şəhərindəki Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarları ziyarət olunub.