Şəhid Dünyamin Tağızadənin oxuduğu məktəbdəki sinif onun adını daşıyacaq
29.03.2022 [17:33]
Xəbərin mətni
Beyləqan rayonu 6 nömrəli tam orta məktəbdə şəhid Dünyamin Tağızadənin adını daşıyacaq sinif otağının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şagirdlərin ifasında Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirilib. Çıxış edənlər şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarından danışıblar.