İDMAN


Sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində növbəti medalını qazanıb

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. A.Abakarov dörddəbir finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Güləşçimiz yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə San-Marino idmançısı Miles Nazim Aminə 5:9 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.