Gəncədə ağır atletika üzrə Azərbaycan çempionatına hazırlıqlar davam edir
31.03.2022 [14:40]
Xəbərin mətni
Ölkəmizdə iki illik fasilədən sonra 9-10 aprel tarixlərində Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.
Federasiyadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.