CƏMİYYƏT


Quba Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımına həsr edilən foto və kitab sərgisi açılıb

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.