SİYASƏT


Azərbaycanda mina probleminə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Aprelin 1-də Bakıda Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operator, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirir.