CƏMİYYƏT


Polis Nəsimi rayonunda silsilə əməliyyatlar keçirib

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan, qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan, həmçinin oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı rayon ərazisində yerləşən mağazalardan birinin giriş qapısını sındıraraq içəridə olan kassadan 1500 manat pul oğurlayan paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb.