Aqrar sığortanın əhatə etdiyi əkin sahələrinə dəyən 2 milyon manata yaxın zərər ödənəcək
01.04.2022 [15:02]
Xəbərin mətni
Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri son günlər əkin sahələrinə böyük zərər dəymiş cənub bölgəsinə səfər ediblər.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, selsubasma və digər hallar bölgələrdə əkin sahələrinə zərər vurub.