İDMAN


Erməni idmançıdan güləşçimizə qarşı təxribat

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi təxribata əl atıb. Belə ki, məğlubiyyəti ilə barışmayan Poqosyan idmançımız Taleh Məmmədovun üzünə zərbə endirib və onu itələyib. İdmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb və Taleh Məmmədli 3:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.