CƏMİYYƏT


Saatlıda “İntellektual valideyn” yarışının qalibləri müəyyənləşib

Saatlı rayonunda ilk dəfə olaraq müəllim və valideynlər birlikdə komanda təşkil etməklə intellektual yarışda iştirak ediblər. Yarışda on iki komanda mübarizə aparıb.
Rayon Təhsil Şöbəsinin əməkdaşı Mikayıl Rüstəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, valideynlərin təhsildə rolunu artırmaq, intellektual valideynlərin öz savadı ilə şagirdlərə nümunə olmaq imkanı yaratmaqla yanaşı, onların təhsil mühitinə daha da yaxın olması, şagird, müəllim və valideyn üçbucağını möhkəmləndirmək məqsədi ilə “İntellektual valideyn” adlı yarışa start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır