CƏMİYYƏT


Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalovun xatirəsi anılıb

Vətən Müharibəsi Qəhrəmanı şəhid Zalov Fəqan Amil oğlunun doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Babı kənd qəbiristanlığında məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Zalov Fəqan Amil oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, “Etika Akademiyası”nın Qarabağ üzrə nümayəndəsi, məktəb kollektivləri, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır