Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb

03.04.2022 [12:02]

Xəbərin mətni

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.