Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda bostan və tərəvəz bitkilərinin əkininə maraq artıb

04.04.2022 [12:27]

Xəbərin mətni

Masallı rayonunda bostançılıq və tərəvəzçilik gəlir gətirən sahələrdəndir. Elə bu səbəbdən rayonda bostan və tərəvəz bitkilərinin əkin sahələri genişlənib. Qış mövsümündə istixana şəraitində pomidor və xiyarın əkininə böyük üstünlük verilir.
AZƏRTAC xəbər verir ki, rayonun Təklə, Çaxırlı, Göyəçöl, Öncəqala, Sərçuvar, Xırmandalı kəndlərində tərəvəz və bostan bitkilərinin əkininə maraq daha çoxdur. Vaxtında toplanan məhsul yerli bazarla yanaşı, ətraf rayonların bazarlarına da çıxarılır.