SİYASƏT
ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın 20 illiyi qeyd edilir
04.04.2022 [13:29]
Xəbərin mətni
ABŞ-ın Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində qurulmuş əlaqələrin 20 illiyi münasibətilə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ştata səfər edib.AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Oklahoma ştatının qubernatoru Con Kevin Stitt, Oklahoma Milli Qvardiyasının briqada generalı Tomas Mançino, kənd təsərrüfatı katibi Bleyn Artur və ticarət katibi Skot Müller ilə görüş keçirilib.