Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal bölgəsinin 4 kəndində qazlaşdırılma işləri aparılır

05.04.2022 [10:46]

Xəbərin mətni

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən şimal rayonlarında 4 kəndin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra Siyəzənin Böyük Həmyə, Şabranın Ərəblər, Qubanın Qaraçay və Xaçmazın Bayoba kəndlərində yaşayan ümumilikdə 200-ə yaxın abonent ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.