CƏMİYYƏT


Müəlicəvi bulaqları çox olan İsnov kəndi

Quba rayonunun İsnov kəndi dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü. Yel xəstəliyi olan adamlar həmin novlarda uzanırdılar. Tatlar belə novları vərov, azərbaycanlar isə istinov adlandırırdılar. Kənd belə novun yaxınlığında salındığına görə İstinov adlandırılıb.