Qusarda hər il 750–800 hektar sahədə müasir tipli meyvə bağları salınır
03.06.2026 [17:07]
Xəbərin mətni
Ölkəmizdə intensiv bağçılığın inkişafı üçün geniş imkanlar və dövlət dəstəyi mövcuddur. Bununla əlaqədar son illər Qusarda intensiv bağçılığa maraq daha da artıb. Rayonda torpaq islahatları həyata keçirildikdən sonra köhnə tipli, bioloji yaş həddini keçmiş ənənəvi bağların əksəriyyəti ləğv edilərək, yerində müasir intensiv və superintensiv meyvə bağları salınıb.