Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
05.04.2022 [17:08]
Aprelin 6-sı axşamdan 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir. Aprelin 7-də arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.