Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: İdmanın inkişafı və idman nailiyyətləri, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir

08.04.2022 [14:58]

Xəbərin mətni

İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI