İDMAN


“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Avstraliya Qran-Prisinin qalibi olub

Melburn şəhərindəki “Albert Park”da keçirilən Formula 1 Avstraliya Qran-Prisinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitindən keçən yarışda “Ferrari”nin pilotu Şarl Lekler birinci olub.
“Red Bull”un meksikalı pilotu Serxio Peres yarışı ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə başa vurublar.