İQTİSADİYYAT


Biləsuvarda taxıl sahələrinə yemləmə gübrələri verilir

Biləsuvarda taxıl sahələrində gübrə səpini davam edir. Fermerlər bol məhsul əldə etmək üçün yemləmə gübrəsi olaraq ammonium nitrat və karbamiddən istifadə edirlər. Yanvar ayından bu günədək “Aqroservis” ASC-nin rayon bölməsində 1000 tona yaxın gübrə satışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Biləsuvarda taxıl sahələrində gübrələmə işlərinə başlanılıb. Bu il rayonda təxminən 34 min hektar sahədə buğda və arpa bitkisi yetişdirilib. Hazırda fermer və mülkiyyətçilər taxıl sahələrində birinci və ikinci yemləmə işləri aparırlar.