CƏMİYYƏT


Füzulidə yeni beton kanallar çəkilir

Füzuli rayonunda əkin sahələrininin suvarma suyu ilə təminatı, o cümlədən su itkisinin minimuma endirilməsi istiqamətində mütəmadi işlər davam edir. Bu məqsədlə Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən kanallar lildən təmizlənir, beton üzlüyə alınır və yeni nov kanallar çəkilir. Suvarma üçün balansda olan 54 ədəd nasos stansiyadan, 745 kilometr uzunluqda olan suvarma arx və kanallardan istifadə edilir. Bu il istismar tədbirləri planına uyğun olaraq 324 kilometr uzunluqda lildən təmizlənməsi planlaşdırılıb, hazıra 68 kilometr hissə lildən təmizlənib. Bundan başqa, 626 kilometr uzunluğunda nasos stansiyalarının qapalı şəbəkəsində cari təmirə ehtiyacı olan boru kəmərləri və üzərindəki hidro-texniki qurğular təmir olunaraq işlək vəziyyətə gətirilib. Bu il ümumi uzunluğu 261 kilometr olan kollektor-drenaj şəbəkəsinin 40 kilometrinin də lildən təmizlənməsi nəzərdə tutulub. Artıq şəbəkənin 13 kilometrdən artıq hissəsi lildən təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır