CƏMİYYƏT


Paytaxt Kiyev uğrunda döyüş: AZƏRTAC-ın Stoyanka və Buzovaya kəndlərindən məxsusi reportajı

Ukraynada hərbi əməliyyatların başlandığı gündən ən ağır döyüşlər paytaxt Kiyev ətrafındakı kəndlərdə və qəsəbələrdə də gedib. Kiyev şəhərinə hücumun qarşısını almaq üçün Ukrayna silahlı qüvvələri şəhər ətrafındakı kəndlərdə güclü müqavimət göstərib. Ağır döyüşlərin getdiyi ərazilərdən biri də Kiyev vilayətinin Stoyanka və Buzovaya kəndləri olub. Burada kəndlər ciddi dağıntıya məruz qalıb, mülki şəxslər arasında ölənlər var. Həmçinin Rusiya və Ukrayna silahlı qüvvələrinin hərbçiləri də bu ərazilərdə itkilərə məruz qalıb.