CƏMİYYƏT


Bu ilin 3 ayı ərzində Abşeronda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkar edilib

Bu ilin 3 ayı ərzində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkar edilib. Bu əməliyyatlar nəticəsində 16 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edilən rəqəmin 6 kiloqramını xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir. Bunu Abşeron Rayon Polis İdarəsinin rəis müvini, polis polkovniki Elçin Rəcəbov Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitenin Nəzdində İqtisadiyyat və Humanitar Kollecində narkommaniyaya qarşı maarifləndirmə tədbirində səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır