CƏMİYYƏT


İsmayıllıda 24 baş inək və qoyun yanaraq tələf olub

İsmayıllı rayonunda mal-qaranın tələfatı ilə nəticələnən yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Kəlbənd kəndində kənd sakini Rəşid İsmayıl oğlu Quliyevə məxsus ümumi sahəsi 132 kvadratmetr olan tövlədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır