İDMAN


Çiro İmmobile İtaliya millisindəki karyerasını başa vurmaq qərarına gəlib

“Latsio”nun hücumçusu Çiro İmmobile İtaliya millisindəki karyerasını başa vurmaq qərarına gəlib.AZƏRTAC xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Bildirilib ki, İtaliya millisinin Argentina ilə yoldaşlıq oyunu (1 iyun) 32 yaşlı hücumçunun millidəki sonuncu matçı olacaq.İmmobile dünya çempionatının pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlubiyyətə (0:1) görə azarkeşlərin tənqidindən sonra bu qərarı verib. Azarkeşlər Çironu millidə klubdakı kimi oynamamaqda ittiham ediblər.