CƏMİYYƏT


Abşeron rayonunda 5 evdən 20 min manatlıq məişət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar

Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi apartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 5 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.