“Yaşıl Marafon” çərçivəsində Qubada meşəsalma aksiyası keçirilib
14.04.2022 [18:52]
Xəbərin mətni
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 14-də ekokönüllülərin iştirakı ilə Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin Alpan meşəbəyliyi ərazisindəki açıq sahədə 1650 ədəd ağcaqayın tingi əkilib.