CƏMİYYƏT


Vətən müharibəsi şəhidi İlkin Fərəcovun xatirəsi anılıb

Vətən müharibəsi şəhidi İlkin Fərəcovun doğum günündə xatirəsi yad edilib. Füzuli rayonunun Bala Bəhmənli kəndində şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Fərəcov İlkin Sahib oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Anım mərasimində çıxış edənlər İlkinin keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır