Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda yeni meyvə bağları salınır

15.04.2022 [14:45]

Xəbərin mətni

Masallıda gəlirli sahə olan meyvəçilik inkişaf etdirilir. Yeni meyvə bağları salınır, növbənöv meyvə ağacları əkilir.
AZƏRTAC xəbər verir ki, rayonda, ümumilikdə, 120 hektar meyvə bağı mövcuddur. Onun 7 hektarı yeni salınıb ki, bunun da 5 hektarını alça, 2 hektarını gilas ağacları təşkil edir. Türkiyədən gətirilən meyvə ağaclarının sayı 5 mindən çoxdur və məhsuldarlığı yüksəkdir. İlkin olaraq bu il bağlardan 4 tona yaxın məhsul toplanması proqnozlaşdırılır.