CƏMİYYƏT


Gəncədə abadlaşdırılan məhəllə sakinlərin istifadəsinə verilib

Gəncə şəhər Kəpəz Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə 1-ci mikrorayonda, 10 saylı binanın həyətyanı sahəsində abadlaşdırılan məhəllə sakinlərin istifadəsinə verilib.
Kəpəz Bələdiyyəsinin sədr müavini Rufanə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ətrafda yaşıllaşdırma işləri aparılıb, dekorativ ağaclar əkilib, eyni zamanda, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.