CƏMİYYƏT


İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk toplantısı keçirilir

Aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısı keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmiz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.Toplantı Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının dəvəti, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə baş tutub.