CƏMİYYƏT


Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlər Cəbrayıl və Füzuli rayonlarında olublar

Aprelin 15-də Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti erməni işğalından azad edilən Cəbrayıl və Füzuli rayonlarında olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar əvvəlcə Cəbrayıl rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər. ANAMA-nın əməkdaşları tərəfindən Füzuli-Zəngilan-Ağbənd yolunun keçdiyi ərazidə minalardan təmizləmə işləri barədə məlumat verilib.