Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reza Deqati Şuşa haqqında çəkdiyi film barədə paylaşım edib

17.04.2022 [12:30]

Xəbərin mətni

Dünya şöhrətli fotoqraf Reza Deqati Şuşa haqqında film çəkib.AZƏRTAC xəbər verir ki, Reza Deqati özünün instaqram səhifəsində film barədə paylaşım edib. Paylaşımda şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı fonunda Şuşanın havadan görüntüləri yer alıb.