Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi yekunlaşmaq üzrədir

17.04.2022 [12:37]

Xəbərin mətni

Aprelin 16-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına media-tur təşkil olunub.AZƏRTAC xəbər verir ki, media-tur zamanı Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi üzrə görülən işlər barədə məlumat verib.