Masallıda su quyusuna düşən şəxs xilas edilib
17.04.2022 [15:28]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində bir nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.