CƏMİYYƏT


Kartdan pul çıxarmaq üçün onlardan kömək istəyən təqaüdçülərin pulunu oğurlayan şəxslər saxlanılıb

Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır