CƏMİYYƏT


Ağstafada yazın əvvəlində keçən soyuq hava şəraitinin meyvəçiliyə təsiri

Qərb bölgəsinin aran hissəsində meyvə ağacları demək olar ki, çiçəkləyib. Yazın əvvəllərində yağan qar və şaxtalı günlər çiçəkləyən ağacların bəzilərinə təsir göstərib.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun Qarahəsənli kənd sakini Azər Orucov uzun illərdir meyvəçiliklə məşğuldur. Onun sözlərinə görə, bağında əsasən ərik ağaclarıdır. Fevral ayında havalar isti keçdiyindən bağlarındakı ağaclar oyanıb və iqlim şəraitinin qeyri-sabit keçməsi nəticəsində bağındakı meyvə ağaclarının çiçəyini şaxta vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır