Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşığın şüşə üstündəki rəqsi, Vitraj

20.04.2022 [12:43]

Vitraj sənətinin əsasını şüşə təşkil edir. Bu sənətin tarixi şüşənin ilk istehsal olunduğu dövrlərə qədər uzanır. Şüşənin işıqlı şəkli adlandırılan vitraj VII əsrdən sonra türklər tərəfindən istifadə edilib və yüksək bədii dəyəri olan əsərlər ortaya çıxıb.