CƏMİYYƏT
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir
20.04.2022 [19:19]
Azərbaycanda aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
23.05.2022 [00:16]
22.05.2022 [18:53]
22.05.2022 [16:14]
23.05.2022 [04:55]
22.05.2022 [12:38]
22.05.2022 [12:51]
16.05.2022 [18:57]
13.05.2022 [14:03]
10.05.2022 [10:36]
21.05.2022 [17:46]
23.05.2022 [04:44]
23.05.2022 [03:45]