Şəkər çuğunduru sahələri alaq otlarına qarşı dərmanlanır
21.04.2022 [15:55]
Xəbərin mətni
Beyləqanda yaz qulluq işlərinə başlayan fermerlər şəkər çuğunduru sahələrində ziyanverici bitkilərə qarşı mübarizə tədbirləri aparırlar. Hazırda əkilən sahələr iynəyarpaqlı alaq otlarına qarşı dərmanlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı rayonlarından olan Beyləqanda digər bitkilərlə yanaşı, şəkər çuğundurunun da əkilib-becərilməsi ənənə halını alıb.