Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah paytaxtda 20 dərəcə isti olacaq

23.04.2022 [14:44]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacaq.