İngiltərə Premyer Liqasının mərkəzi oyununda “Arsenal”la “Mançester Yunayted”görüşüb
24.04.2022 [13:29]
İngiltərə Premyer Liqasının mərkəzi oyununda “Arsenal”la “Mançester Yunayted” görüşüb. Meydan sahibləri Nunu Tavareşin 3-cü, Bakayo Sakanın 32-ci dəqiqədə penaltidən vurduğu qollarla üstünlük qazanıb. 34-cü dəqiqədə Kriştiano Ronaldo qonaqları ümidləndirib. Qranit Cakanın qolu isə londonluların üstünlüyünü iki topa çatdırıb - 3:1.