RƏSMİ


Prezident İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.