İQTİSADİYYAT


Ucarda meliorativ tədbirlər uğurla davam edir, suvarma mütəşəkkil aparılır

Ucar rayonunda suvarmanın mütəşəkkil aparılması və əkin sahələrinin daim suvarma suyu ilə təminatı üçün genişmiqyaslı işlər görülür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ucar Suvarma Sistemləri İdarəsinin əsas su mənbələri Yuxarı Şirvan kanalı, Türyançay və Göyçay çaylarıdır. İdarənin balansında ümumi uzunluğu 1600 kilometr olan suvarma kanalları var. Onun 40 kilometri magistral, 123 kilometri təsərrüfatlararası və 1437 kilometri təsərrüfatdaxili kanallardır.