MƏDƏNİYYƏT


Divarların danışan dili- Qraffiti sənəti

Qraffiti sənəti divar üzərində çəkilən müxtəlif rəsm və yazılardan ibarətdir. Bu söz yunanca "graphein" (yazmaq) sözündəndir və italyanca "sgraffio" (cızmaq) sözündən yaranıb. İlk dəfə ABŞ-da hip hop mədəniyyəti ilə meydana gəlib. Xarici şəhərlərdə küçələrin divarlarını bəzəyən bu sənətin izlərinə ölkəmizdə də rast gəlmək mümkündür. Lakin bizdə qraffiti küçə divarlarında yox, zövqə və istəyə görə qapalı məkanlarda daha çox istifadə olunur.