MƏDƏNİYYƏT


Balaxanıda qədim keramika sənətini yaşadan emalatxana

Tarixi çox qədimlərə söykənən sənət növlərindən biri də keramika sənətidir. Bu gün də bu sənət ölkəmizin müxtəlif yerlərində yaşadılır və inkişaf etdirilir. AZƏRTAC Balaxanı qəsəbəsində abadlıq və quruculuq işləri çərçivəsində yaradılan, keramika sənətini daha da inkişaf etdirən “Gilabi Ceramics” yaradıcılıq emalatxanasından reportajı sizə təqdim edir.