İsveçli investorlar Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub
29.04.2022 [12:17]
Xəbərin mətni
İsveç investorları Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözlər "İsveç Ticarət Palatasının” və Ələt Azad İqtisadi Zonası ilə birgə Stokholmun mərkəzində yerləşən Dünya Ticarət Mərkəzində keçirilən təqdimatda bildirilib.