CƏMİYYƏT


Aynur Musayeva: Qadınların sahibkarlıqla məşğulluğu iqtisadiyyatımıza mühüm töhfədir

Qadınlarımızın kiçik və orta sahibkarlıqla məşğulluğu yerli istehsalın genişləndirilməsi, ixracın artması, yeni iş yerlərinin yaradılması baxımından iqtisadiyyatımıza mühüm töhfədir. Bu fikr AZƏRTAC-ın "İşgüzar xanımlar" rublikasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib. Xanım sahibkar qeyd edib ki, istər dövlət idarəetməsində, istərsə də özəl sektorda xanımlar yüksək vəzifələrdə işləyir, bütövlükdə cəmiyyətin inkişafına təkan verirlər. Onun sözlərinə görə, fəal üzvü olduğu AQSİA Azərbaycanda ən uğurlu qadın platformasıdır.